“Hacı Məmmədov heç Zakir Nəsirovu saymırdı və ona hesabat da vermirdi”x9d

Hazırda oxunan: “Hacı Məmmədov heç Zakir Nəsirovu saymırdı və ona hesabat da vermirdi”x9d

119757
MTN olayları və Akif Çovdarovun tükürpədici əməlləri ifşa olunanadək əsrin yeganə qanqsteri kimi tanıdığımız Hacı Məmmədovun Ali Məhkəməyə müraciətinin icraata götürülməsi tezliklə bu istiqamətdə də yeni sitausiya ilə üzləşəcəyimizin anonsu oldu...

Qeyd edək ki, H. Məmmədov "yeni açılmış hal" üzrə məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir. Ərizə hakim tərəfindən öyrənildikdən sonra müraciətin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazacaq. Təbii ki, bu rəy də müsbət olacaq və beləliklə də ömürlük həbs cəzası alan DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, "Hacı Məmmədov işi"nə görə ömürlük həbsdə yatan general-mayor Zakir Nəsirovun azadlığa yolu açılmış olacaq...

 
Qeyd edək ki, "yeni açılmış hal" o deməkdir ki, məhkəmədə həmin cinayət işinə baxdıqda o hal məhkəməyə məlum olmur. Belə ki, məhkəmədə baxılan bir cinayət işi üzrə hansısa şahid yalan ifadə verərsə, ekspert yalan rəy təqdim edərsə və bu zaman məhkəmə onların yalan danışdığını müəyyən etməzsə, sonradan təqsirləndirilən şəxs, zərərçəkmiş tərəf, yaxud prokuror Ali Məhkəməyə müraciət edərək həmin halın araşdırılmasını xahiş edə bilər.

Beləliklə, yeni açılmış halın mümkün nəticələri ilə bağlı tanınmış hüquqşünas Aslan İsmayılovun fikirlərini öyrənmişik. A. İsmayılov Moderator.az - a açıqlamasında xeyli maraqlı məqamlara toxunub:

- Mən 2005 - ci və 2010 - cu ildəki parlament seçkilərinə Zakir Nəsirovun yaşadığı yerdən namizədliyimi irəli sürmüşəm. Yaşlı adamlarla görüşlərim zamanı öyrənmişəm ki, o general olmasına və o boyda vəzifə daşımasına baxmayaraq 5 mərtəbəli “Xruşşovka”x9d binada yaşayıb. Həmin ağsaqqallar deyirdilər ki, Aslan müəllim, o bizim gözümüzün qabağında yaşayıb və həyat tərzi ilə heç kimdən seçilməyib. Yəni hətta nəinki polis rəisləri, baş əməliyyat müvəkkilləri və ya “uçastkovı”x9dlar bundan min dəfə varlı yaşayıblar. Başqa bir faktı da deyim. Yaxından tanıdığım bir rəis müavini mənə danışırdı ki, bir dəfə uşaq mebeli alırmış. Mebel salonunda münasib mebel axtararkən təsadüfən Zakir Nəsirovu həmin salonda görür və onun diqqətini cəlb etməsə də gizlicə generalın hansı mebeli alacağını maraqla gözləyir. Zakir Nəsirov 300 dollarlıq uşaq mebeli alır. Yəni mağazada olan mebel dəstinin ən ucuzunu. Tanışım isə 1200 dollarlıq dəst almışdı. İndi hansı general öz övladına, nəvəsinə və ya ümumiyyətlə hansısa azyaşlı uşağa 300 dollarlıq mebel alar? 

- Belə hesab edirsiniz ki, onun həbsdən azad edilməsi mümkündür və azad olunması hətta ədalətli olar.

- Mən hesab edirəm ki, bu günki Azərbaycan reallığında onun yanında olmalı o qədər günah sahibi olan adamlar var ki, Zakir Nəsirov kimi peşəkarın orda olması haqsızlıqdır. Azərbaycanda Zakir kimi peşəkar əməliyyatçı tanımamışam. Bildiyim bir neçə işdə xüsusi prinsipiallıq göstərmişdi. Əgər onun hansısa suçu vardısa da cəzasını artıqlaması ilə çəkib. Onun əvəzində orada yatmağı haqq edənlər bu gün ən yüksək vəzifədə və azadlıqdadırlar.

- Yəni o Hacı Məmmədovun dəstəsinə heç cür başçılıq edə bilməzdi?

- Mən əminəm ki, Hacı Məmmədov heç  Zakir Nəsirovu saymırdı və ona hesabat da vermirdi. Çünki Hacı Məmmədov daha yuxarılara bağlı olan adam idi. 

- Zakir Nəsirovun azadlığa qovuşacağı Ramil Usubovun mövqelərinin daha da güclənməsi anlamına gəlirmi?

- Eldar Mahmudov olaylarından sonra Ramil Usubovun və bütövlükdə o komandanın mövqeyinin hökmran olduğuna zənnimcə kimsənin şübhəsi olmamalıdır. 

- Yaxşı, Zakir Nəsirovun hansı prosedurla azadlığa qovuşması mümkündür? O cür ağır cinayətdə ittiham olunaraq ömürlük azqadlıqdan məhrum edilən bir adamı günün birində açıb buraxmaq nə dərcədə doğrudur?

- Açıb buraxmaq yox, mənim təxminlərimə görə ona ümumiyyətlə bəraət verilə bilər. Ona görə ki, yeni açılmış hallarla bağlı Zakirin haqqında olan hökmü ləğv edilib cinayət işini yenidən istintaqa qaytarıb, istintaqda da ona elan olunan ittihamlar sübuta yetirilmədiyindən bütün ittihamlara xitam verilə bilər.

- Bəs Hacı Məmmədovun hansısa sirləri qarşı tərəfə “satacağı”x9d şərtilə onun ömürlük həbsinin digər cəza növü ilə əvəzlənməsi nə dərəcədə ağılabatandır?

- Bu lap ağ olar. 

- Vaxtilə Hacı Məmmədovu sirr dağarcığı adlandırırdılar və bəlli idi ki, Eldar Mahmudov ondan rəqiblərinə qarşı bir alət kimi istifadə etmək üçün orda bərk - bərk saxlayırdı. Bəs yeni rəhbərliyin onu nə zamansa cəzaçəkmə müəssisəsinə göndərəcəyini ehtimal edirsinizmi?

- Hacı Məmmədov təkcə Eldar Mahmudova deyil, bu günki hakimiyyətdə olanların əksəriyyətinə qarşı ifadə verə bilər. Ona görə də Hacı Məmmədovun qarşısında gözükölgəli olan təkcə Eldar Mahmudov deyil, çoxları var. 

- Yəni o ömrünün sonunadək MTN - də şəkil cızmaqara etməklə keçinəcək?

- Bilirsiniz, mən bir neçə dəfə demişəm, bir məsələ barədə ehtimal irəli sürmək iki halda mümkündür, ya qanun, ya məntiq işləyəndə. Amma tərslikdən bu ölkədə nə qanun, nə məntiq işləyir. Ona görə də sabah nəyin necə olacağı barədə nə proqnoz, nə mülahizə yürütmək doğru deyil...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin