Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı turun görüşləri keçirilib.
Bizim.Media xəbər verir ki, hesabat turunda yeganə heç-heçə Ləman Hacıyeva və Xanım Balacayeva arasındakı görüşdə qeydə alınıb.
Yarışın lideri Ayan Allahverdiyeva 6-cı turda Zeynəb Məmmədyarovanı məğlub edib. Qara fiqurlarla oynayan ötən ilin Azərbaycan çempionu Gövhər Beydullayeva Xəyalə Abdullanı məğlub edib.
Türkan Məmmədyarova Nərmin Abdinovaya, debütant Nurtan Nuriyeva isə Səbinə İbrahimovaya uduzub. Gülnar Məmmədova bu tur istirahət edib.
Qeyd edək ki, 6 turdan sonra aktivində 4,5 xalı olan Ayan Allahverdiyeva birinci pillədə qərarlaşıb. Liderdən yarım xal geri qalan Gövhər Beydullayeva ikinci sırada qərarlaşıb. Hərəyə 3,5 xalı olan Səbinə İbrahimova və Xanım Balacayeva müvafiq olaraq 3-4-cü yerləri bölüşdürür.
Ölkə çempionatına fevralın 14-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:12 / 10.02.2023
Şahmat üzrə Azərbaycan çempionatı – Ayan Allahverdiyeva liderliyini davam etdirir
Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionatı – Ayan Allahverdiyeva liderliyini davam etdirir
Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionatı – Ayan Allahverdiyeva liderliyini davam etdirir
119613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.