Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının II dövrəsinin oyunları başa çatıb.
Bizim.Media xəbər verir ki, VI tur çərçivəsində “Abşeron” klubu “Murov”la , UNEC isə “Azərreyl”lə üz-üzə gəlib.
Voleybol Mərkəzində təşkil olunan turun ilk matçında “Abşeron” “Murov”la qarşılaşıb. Famil Ağayevin komandası turu qalib başa vurub. “Abşeron” ilk iki hissəni 25:22, 25:19 hesabı ilə öz xeyrinə başa vursa da, üçüncü hissədə 25:17 hesabı ilə sevinən tərəf “Murov” olub. Bununla belə, dördüncü set matçda sonuncu olub.
Üçüncü hissədəki məğlubiyyətdən nəticə çıxaran “Abşeron” dördüncü seti hesabına yazdırıb - 25:21.
II dövrənin son matçı UNEC və “Azərreyl” komandaları arasında keçirilib. Bu matçın qalibi isə üç setdə müəyyən olunub. Oyuna daha inamlı başlayan “Azərreyl” birinci setdə 25:13 hesabı ilə qalib gəlib. Eldar Yusubovun komandasının ilk hissədəki uğuru sonrakı setlərdə də davam edib.
“Azərreyl” ikinci hissəni 25:10, üçüncü hissəni isə 25:7 hesabı ilə qalib başa vurub.
Beləliklə, II dövrədən sonra lider “Azərreyl”in 14 , “Abşeron”un 12, “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
VI tur “Abşeron” - “Murov” 3:1 (25:22, 25:19, 17:25, 25:21)
UNEC - “Azərreyl” 0:3 (13:25, 10:25, 7:25)
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:51 / 09.02.2023
Voleybol üzrə Yüksək liqada 2-ci dövrə başa çatdı - FOTO
Hazırda oxunan: Voleybol üzrə Yüksək liqada 2-ci dövrə başa çatdı - FOTO
Hazırda oxunan: Voleybol üzrə Yüksək liqada 2-ci dövrə başa çatdı - FOTO
119551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.