Runinin 11 illik rekordu təkrarlandı

Hazırda oxunan: Runinin 11 illik rekordu təkrarlandı

119363

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Ueyn Runinin 11 illik rekordu təkrarlanıb.

Bizim.Media xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford Premyer Liqanın VIII turundan təxirə salınmış oyunda “Lids”in qapısına qol vurmaqla buna nail olub.

26 yaşlı forvard 2012-ci ildən bəri “Old Trafford” stadionunda ölkə çempionatının ardıcıl 6 matçında fərqlənən ilk oyunçu olub. Axırıncı dəfə bunu məhz Runi bacarıb.

Qeyd edək ki, “Mançester Yunayted” - “Lids” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Reşford cari mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin