Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, turnir cədvəlində “qonşu” olan “Zirə” və “Qəbələ” birincilərin meydanında üz-üzə gəliblər.
UEFA Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqib sayılan komandaların dueli bol qollu alınıb. “Qəbələ” Rafael Utziqin erkən qolu (2-ci dəqiqə) sayəsində hesabı açsa da, çox keçmədən ev sahibləri bərabərlik topunu vurublar.
Dmitrios Çantakias 14-cü dəqiqədə fərqlənib.
Tərəflər ikinci hissədə də hərəyə bir dəfə rəqib qapısına yol tapıblar. Əvvəlcə Loris Broqno 57-ci dəqiqədə bakılıları önə keçirib. Ancaq matçda son nöqtəni 77-ci dəqiqədə Felipe Santos qoyub – 2:2. Nəticədə komandalar hərəyə 1 xalla kifayətləniblər.
Hazırda “Zirə” 32 xalla turnir cədvəlinin dördüncü, “Qəbələ” isə 27 xalla beşinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda “Kəpəz”lə “Qarabağ” heç-heçə (1:1) ediblər. Bu gün “Neftçi” – “Sumqayıt”, fevralın 6-da isə “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:14 / 05.02.2023
“Zirə” və “Qəbələ” hərəyə 1 xalla kifayətləndilər
Hazırda oxunan: “Zirə” və “Qəbələ” hərəyə 1 xalla kifayətləndilər
Hazırda oxunan: “Zirə” və “Qəbələ” hərəyə 1 xalla kifayətləndilər
118579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.