“Neftçi” “Sumqayıt”la matça ciddi itkilərlə çıxacaq

Hazırda oxunan: “Neftçi” “Sumqayıt”la matça ciddi itkilərlə çıxacaq

118562

“Neftçi” Premyer Liqanın 21-ci turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la oyuna ciddi itkilərlə çıxacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş həkimi Şaiq Zöhrablı klub televiziyasına açıqlamasında məlumat verib:

"Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi ilə fərdi məşq edirlər. Rəhman Hacıyevin sol baldır əzələsində dartılma var idi. O, zədəsini sağaldıb fərdi hərəkətlərə başlamışdı. İki gün öncə sağ baldır əzələsində ağrı hiss etdi. MRT müayinəsindən sonra məlum oldu ki, sağ baldır əzələsində də dartılma var. Yenidən onun müalicəsinə başlanılıb. 2-3 günə fərdi məşqlərə başlayacaq”. 
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması bu gün saat 18:30-da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin