Xorvatiyada keçirilən “Zaqreb Open”in son günündə Azərbaycanın daha 10 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Bizim.Media xəbər verir ki, 60 kq çəkidə iki güləşçi yarışacaq.
1/16 finaldan mübarizəyə qoşulacaq Nihat Məmmədli litvalı Custas Petraviçyusu sınağa çəkəcək. Bu cütün qalibi növbəti raundda Murad Məmmədovun rəqibi olacaq.
Ülvü Qənizadə 70 kq-ın 1/16 finalında çexiyalı Yiri Kapeklə münasibətlərinə aydınlıq gətirəcək. Ülvi bu sınaqdan üzüağ çıxsa, 1/8 finalda Mateuş Bernateklə (Polşa) üz-üzə gələcək.
Azərbaycan millisini 82 kq-da təmsil edən Tuncay Vəzirzadə 1/4 finalda çexiyalı İvo Sviqlerə rəqib olmaq üçün əvvəlcə İran təmsilçisi Peyman Postamı üstələməlidir.
97 və 130 kq çəki dərəcələrinin hər birində yığma 3 pəhləvanla təmsil olunacaq. 97 kq-da Zamir Maqomedov və Murat Lokyayev 1/16 finalda müvafiq olaraq Mindauqas Vençkaitis (Litva) və Kiril Milovla (Bolqarıstan) qarşılaşacaqlar. Arif Niftullayev isə 1/8 finalda rəqibini gözləyir. O, Gerard Kurniçzak (Polşa) - Lukas Şeridan (ABŞ) cütünün qalibinə rəqib olacaq.
130 kq çəkidəki güləşçilərdən Sabah Şəriəti 1/8 finala adlamaq üçün italiyalı Danila Sotnikova qalib gəlməlidir. 1/8 finaldan yarışa qoşulacaq Beka Kandelaki İsveçrə təmsilçisi Delian Alişahi ilə görüşəcək. Sərxan Məmmədov isə Dariuş Vitek (Macarıstan) - Linze Menq (Çin) cütünün qalibini gözləyir.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:02 / 05.02.2023
Son gündə Azərbaycanın 10 güləşçisi yarışacaq - “Zaqreb Open”də
Hazırda oxunan: Son gündə Azərbaycanın 10 güləşçisi yarışacaq - “Zaqreb Open”də
Hazırda oxunan: Son gündə Azərbaycanın 10 güləşçisi yarışacaq - “Zaqreb Open”də
118534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.