Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində I diviziona yüksəlib.
Bizim.Media xəbər verir ki, 35 yaşlı qrossmeyster seçmə turnirdə 12 idmançı arasına düşərək pley-offda rusiyalı Yan Nepomnyaşiyə rəqib olub.
Rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Məmmədov I diviziona vəsiqə qazanıb. Onunla yanaşı hindistanlı Qukeş Dommaraku ilə Arcun Eriqaisi, İran əsilli Alireza Firuzca, rusiyalı Aleksey Sarana və ABŞ təmsilçisi Hikaru Nakamura da iştirak hüququ əldə edib.
ABŞ-ın digər şahmatçısı Uesli So və Maqnus Karlsen birbaşa əsas raunddan mübarizəyə start verəcək. Rauf Məmmədov fevralın 6-da ilk görüşünü məhz Uelsli Soya qarşı keçirəcək.
Qeyd edək ki, yarış fevralın 10-da başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:23 / 04.02.2023
Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb
Hazırda oxunan: Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb
Hazırda oxunan: Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb
118436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.