Azərbaycanda futbolçunun iki dişi qırıldı, xəstəxanadadır 

Hazırda oxunan: Azərbaycanda futbolçunun iki dişi qırıldı, xəstəxanadadır 

11837

Bu barədə mətbuata açıqlamasında “Sabah” baş məşqiçisi Visente Qomez deyib.

Bizim.Media xəbər verir ki, hadisə “Sabah” komandasının Azərbaycan Premyer Liqasının XV turunda “Zirə” ilə keçirdiyi bugünkü görüşündə baş verib.

Sabahın baş məşqiçisi deyib ki, bu gün hər iki komandanın çox az qol fürsətləri var idi.

Xeyrimizə olan hesabı sona qədər saxlaya bilmədik və heç-heçəylə razılaşdıq.

İspaniyalı baş məşqçi zədələndiyi üçün ikinci hissədə əvəzlənən yeni transfer Tiemoko Fofananın durumu barədə də məlumat verib: 

“Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi qırılıb. Hazırda xəstəxanadadır. Boyun nahiyəsində də ağrıları var.

Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi.

Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha yaxşıdır”.

Xatırladaq ki, “Sabah” – “Zirə” oyunu 2-2 hesabı ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin