Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.
Bizim.Media xəbər verir ki, 11 şahmatçının iştirak etdiyi yarışda ilk turun görüşləri Ləman Hacıyeva - Türkan Məmmədyarova, Ayan Allahverdiyeva - Xəyalə Abdulla, Zeynəb Məmmədyarova - Gülnar Məmmədova, Xanım Balacayeva - Gövhər Beydullayeva, Səbinə İbrahimova - Nərmin Abdinova arasında oynanılacaq.
Nurtan Nuriyeva birinci turda istirahət edəcək.
Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).
11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. 1-ci turun oyunları fevralın 4-də saat 14-30-da başlayacaq.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5000 manat pul mükafatı qazanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media