”‹Ronaldo 140 milyon avroya otel alıb

Hazırda oxunan: ”‹Ronaldo 140 milyon avroya otel alıb

118220
İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu otel alıb.
"Report" "Marca"ya istinadən xəbər verir ki, Fransanın Monte-Karlo şəhərində yerləşən və "The Proto Group"dan alınan otelin qiyməti 140 milyon avrodur.
Ötən ilin avqustunda şirkət sahibi italiyalı biznesmen Alessandro Proto Ronalduya Nyu-York göydələnlərinin birində 16 milyon avroluq ev də satıb. Bir ay əvvəl isə portuqaliyalının vətənində, eləcə də Madrid və Nyu-Yorkda CR7 brendi ilə otellər şəbəkəsi açağı ilə bağlı xəbərlər yayılıb. Futbolçu layihəyə 37 milyon avro investisiya qoyub.
Qeyd edək ki, Kriştianu Ronaldu ötən ilin mayında ən çox gəliri olan futbolçu adını qazanıb. Onun illik qazancı 73 milyon avrodur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin