Cari mövsüm Avropa liqalarında 21 yaşadək oyunçular arasında ən çox qol vurmuş futbolçular bəlli olub.
Bizim.Media "Euro Foot" nəşrinə istinadən məlumatına görə, siyahıda Azərbaycan millisinin və "Qarabağ" klubunun hücumçusu Musa Qurbanlı da yer alıb.
Gənc forvard 14 qolla Fransanın "Reyms" komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür.
İlk "üç-lüy"ü Portuqaliya "Benfika"sından Qonsalu Ramuş (12 qol) qapayır.
Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"da çıxış edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:07 / 03.02.2023
Millimizin hücumçusu gənc bombardirlər siyahısında LİDERDİR
Hazırda oxunan: Millimizin hücumçusu gənc bombardirlər siyahısında LİDERDİR
Hazırda oxunan: Millimizin hücumçusu gənc bombardirlər siyahısında LİDERDİR
118216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.