Mart ayında AFFA-nın növbəti konfransı nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, konfransdan sonra ənənəvi olaraq AFFA İcraiyyə Komitəsinin iclası da keçiriləcək. İcraiyyə Komitəsinin müzakirə edəcəyi əsas məsələlərdən biri birinci divizionun reqlamentini dəyişməklə bağlıdır.
Belə ki, federasiya yarışda mübarizə aparan yüksək liqa klublarının əvəzedici komandalarının divizionda çıxışını dayandırmaq fikrindədir. Növbəti mövsüm artıq əvvəllər olduğu kimi əvəzedici komandaların çempionatı bərpa olunacaq.
Birinci diviziona isə Region Liqasından yeni komandalar cəlb olunacaq.
Əlavə edək ki, komitə həmçinin aşağı yaş qrupları üzrə bir sıra milli komandaların baş məşqçilərini də təsdiq etməlidir. İcraiyyə Komitəsi məhz bir neçə il öncə əvəzedici komandalarının çıxışını dayanrıraraq onların birinci divizionda oynaması barədə qərar qəbul edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:00 / 31.01.2023
AFFA İcraiyyə Komitəsi çempionatın reqlamentini dəyişəcək - DETALLAR
Hazırda oxunan: AFFA İcraiyyə Komitəsi çempionatın reqlamentini dəyişəcək - DETALLAR
Hazırda oxunan: AFFA İcraiyyə Komitəsi çempionatın reqlamentini dəyişəcək - DETALLAR
117625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.