Qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası Pərvanə İsmayılovaya vəzifə verilib.
Bu barədə Bizim.Media-ya Qax Uşaq Gənclər İdman-Şahmat məktəbinə direktor təyin edilən Pərvanə İsmayılova məlumat verib. O, göstərilən etimada görə, rəhbər şəxslərə təşəkkürünü çatdırıb:
“Bu il yanvarın 9-da 17 illik sahmat üzrə müəllim-məşqçi fəaliyyətimdən sonra Elm və Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Qax Uşaq Gənclər İdman-Şahmat məktəbinə direktor təyin edildim.
İlk növbədə, mənə göstərdiyi yüksək etimada görə Elm və Təhsil naziri cənab Emin Əmrullayevə dərin təşəkkürümü bildirirəm. Bu vəzifəyə təyinatımda Gənclər və İdman naziri cənab Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da mənə xüsusi dəstək verdilər”.
Pərvanə İsmayılova bu yüksək etimadı doğruldacağı üçün əlindən gələni edəcəyini söyləyib. Direktor həmçinin təyinatdan sonra qarşıya qoyulan hədəflərdən də danışıb:
“Fəaliyyətimdə müzəffər Ali Baş Komandan İ.Əliyevin tövsiyələrini daim əsas götürməyimə, Elm və Təhsil naziri Emin Əmrullayevin əmr və göstərişlərini sözsüz şəkildə yerinə yetirəcəyimə söz verirəm. Bir daha mənə etimad göstərən rəhbər şəxslərə və mənə dəstək verən kollektivə dərin təşəkkür edirəm”, - deyə Pərvanə İsmayılova fikrini yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:04 / 27.01.2023
Daha bir idmançıya vəzifə verildi
Hazırda oxunan: Daha bir idmançıya vəzifə verildi
Hazırda oxunan: Daha bir idmançıya vəzifə verildi
117023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.