Azərbaycanda avarçəkmə idman növünü inkişaf etdirmək və beynəlxalq səviyyədə tanıtmaq üçün çalışan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası daha bir uğura nail olub.
Bizim.Media xəbər verir ki, Federasiyanın 4-7 may tarixlərində Suqovuşan və Mingəçevirdə təşkilini planlaşdırdığı Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Prezident Kuboku-2023” beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.
Assosiasiyanın rəsmi internet səhifəsinin xəbər bölməsində yarışla bağlı məlumat da dərc olunub.
Xatırladaq ki, AKAF-ın 2022-ci il, 21-23 oktyabr tarixlərində təşkil etdiyi “Mingəçevir Reqatası” da Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında yer almışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:59 / 27.01.2023
"Prezident Kuboku" beynəlxlaq təqvim planına salındı
Hazırda oxunan: "Prezident Kuboku" beynəlxlaq təqvim planına salındı
Hazırda oxunan: "Prezident Kuboku" beynəlxlaq təqvim planına salındı
116954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.