AFFA İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media xəbər verir ki, komitə AFFA Gənclər Liqasında keçirilən “Səbail” – “Neftçi” oyunundakı neqativ hallarla bağlı qərarlarını açıqlayıb.
“Səbail”in baş məşqçisi Müşviq Qənbərovla “Neftçi”dəki həmkarı İlyas Qurbanov arasında davamlı şəkildə mübahisə olub. Baş hakim tərəfindən qırmızı vərəqə alan hər iki mütəxəssis 5 oyunluq cəzalandırılıb.
“Neftçi”nin futbolçusu Oruc Məmmədov isə 82-ci dəqiqədə qeyri-idman hərəkətinə görə, meydandan kənarlaşdırıldıqdan sonra rəqib komandanın ünvanına qeyri-etik ifadələr işlədib. Bu, onun 4 matçlıq diskvalifikasiya olunmasına səbəb olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:22 / 24.01.2023
Məşqçilər dava etdi - AFFA cəzalandırdı
Hazırda oxunan: Məşqçilər dava etdi - AFFA cəzalandırdı
Hazırda oxunan: Məşqçilər dava etdi - AFFA cəzalandırdı
116370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.