Polşa millisinin və "Yuventus"un futbolçusu Arkadiuş Milikin Konfrans Liqasının pley-offunda "Marsel"in heyətində "Qarabağ"a qarşı səfər matçında keçirilmiş geyindiyi forma hərraca çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Sözügedən oyun başa çatandan sonra 28 yaşlı forvard imzalı formasını görüşün referisi, polşalı hakim Bartoş Frankovskiyə hədiyyə edib. Hakim isə formanı Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca verib.
Nəticədə bu forma hərraca çıxarılıb. Geyim üçün ilkin qiymət olaraq 630 Polşa zlotu (1,575 manatdır) təyin olunub.
Qeyd edək ki, "Qarabağ" və "Marsel" arasındakı Bakıdakı matçda Fransa təmsilçisi qalib gəlib - 3:0. "Qarabağ" səfərdəki oyundan da məğlub ayrılıb - 1:3.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:33 / 23.01.2023
"Qarabağ"la oyunda geyindiyi forma hərraca çıxarıldı
Hazırda oxunan: "Qarabağ"la oyunda geyindiyi forma hərraca çıxarıldı
Hazırda oxunan: "Qarabağ"la oyunda geyindiyi forma hərraca çıxarıldı
116188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.