22 yanvar tarixində Sərhədçi İdman Mərkəzində iki oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 14 -cü turuna yekun vurulub.
Bizim.Media xəbər verir ki, günün ilk oyunu "Sərhədçi PİK" və "Gəncə BK" komandaları arasında baş tutub.
Oyuna fəal başlayan sərhədçilər rəqibi üzərində 86-78 hesablı qələbəyə seviniblər.
Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" (Maksvel Starvud - 25 xal, 12 ribaund), "Gəncə BK" (Kolin Törner - 24 xal, 13 ribaund).
Günün ikinci oyununda "NTD BK" və "Neftçi İK" basketbolçuları qarşılaşıblar. Bu görüşdə neftçilər sensasiyaya imza ataraq, 86-79 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular: "NTD BK" (Kuinton Kempbel - 19 xal, 4 ribaund ), "Neftçi İK" ( Denis Cons - 24 xal, 6 ribaund).
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:59 / 22.01.2023
\"Sərhədçi PİK\" zirvəyə şərik oldu, \"Neftçi İK\"dən isə sürpriz qələbə - FOTO
Hazırda oxunan: \"Sərhədçi PİK\" zirvəyə şərik oldu, \"Neftçi İK\"dən isə sürpriz qələbə - FOTO
Hazırda oxunan: \"Sərhədçi PİK\" zirvəyə şərik oldu, \"Neftçi İK\"dən isə sürpriz qələbə - FOTO
116119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.