“İdmanla məşğul olmaq gündəlik həyat tərzimizə çevrilib”x9d.
Bu sözləri Moderator.az -a tanınmış peşəkar kikboksçu Xəyal Əhmədov söyləyib.
“Ölkəmizdə idmanın inkişafı üçün hər tərəfli imkan və şəraitlər yaradılıb. Gənclərimizin idmana cəlb olunması və onlar da bu sahəyə marağın yaradılması üçün dövlət tərəfindən həyata keçirilən proqramlar gələcək nəsillərin sağlam yetişməsinə böyük təsir göstərəcək. Uğurlu beynəlxalq idman layihələri buna xidmət edir.
Azərbaycan Kikboksinq Federasiyası bir sıra beynəxalq idman yarışları təşkil etməklə, ölkənin idman siyasətində fəal olduğunu göstərir. Federasiyamızın rəhbəri, millət vəkili Adil Əliyev idmançılarımızın beynəlxalq yarışlarda çıxış etməsi üçün öz dəstəyini əsirgəmir və bu fəaliyyət federasiyamızın əsas xəttini təşkil edir”x9d.
X.Əhmədov 20 faizi torpaqlarımızın işğal altında qaldığını qeyd bildirdi.
“Bu gün ölkəmizə sağlam ruhlu gənclər lazımdır. Bugünün idmançıları sabahın əsgər və zabitləridir. Torpaqlarımız işğal altındadır və bizi qarşıda torpaqlarımızın azadlığı gözləyir. Bir kikboksçu olaraq, ali baş komandanın əsgəriyəm. Bununla fəxr edirəm”x9d.





























































































