İki boksçumuz beynəlxalq turnirin finalına çıxdı

Hazırda oxunan: İki boksçumuz beynəlxalq turnirin finalına çıxdı

115336

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kubokuna start verilib. İlin ilk beynəlxalq turnirin birinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Bizim.Media xəbər verir ki, komandamızın 3 boksçusu rinqdən qələbə ilə ayrılıb. Yarımfinal çərçivəsində macarıstanlı Patrisiya Petrimanla üz-üzə gələn Banuçiçək Nəsirli (46 kq) rəqibini 4:1 (27:30, 30:27, 29:28, 30:27, 29:27) hesabı ilə məğlub edib. Yeniyetmələr arasında mübarizə aparan idmançımız finalda Roksana Talpasla (Macarıstan) döyüşəcək. Görüş yanvarın 21-də olacaq.

Gənclər arasında qüvvəsini sınayan Lalə Mədətova (48 kq) da mərhələ adlayıb. O, finala gedən yolda Briana İonitadan (Rumıniya) üstün olub – 3:2 (29:28, 28:29, 30:27, 28:29, 29:28). Mədətova yanvarın 19-da baş tutacaq həlledici görüşdə komanda yoldaşı Aysu İsmayılovaya qalib gələn rumıniyalı Mihaela Badesku ilə üz-üzə gələcək.
52 kq çəkidə çıxış edən Aynur Mikayılova da qələbə ilə başlayıb. O, 1/4 finalda macarıstanlı Laura Horvatı 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkəcək.

Digər gənc boksçumuz Nərmin Əlizadə (50 kq) yarımfinalda Sanya Mitiçlə (Serbiya) qarşılaşıb və rəqib mərhələ adlayıb. Nəticədə həmyerlimiz yarışı bürünc medalla bitirib.

Qeyd edək ki, 13 ölkədən 100-dən çox boksçunun qatıldığı Millətlər Kubokunun ikinci günü Azərbaycan millisinin daha 4 idmançısı mübarizəyə başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin