"DÇ-2022-ni tərk etmək ailə üzvünü itirməkdən pisdir" - Riçarlison 

Hazırda oxunan: "DÇ-2022-ni tərk etmək ailə üzvünü itirməkdən pisdir" - Riçarlison 

115110

Braziliya millisinin və "Tottenhem"in futbolçusu Riçarlison yığmanın DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq (1:1, penaltilər seriyası - 24) turniri tərk etməsindən növbəti dəfə danışıb. 

Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bunun ailə üzvünü itirməkdən daha pis olduğunu deyib: 

“Bu, şok idi, bilmirəm... Məncə, bu, ailə üzvünü itirməkdən daha pisdir. Bu gün də sosial şəbəkələrdə videolara baxanda kədərlənirəm. Amma biz davam etməliyik. Mən hələ gəncəm və inanıram ki, qarşıda məni daha bir və ya iki dünya çempionatı gözləyir. Məqsədimiz çempion olmaqdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin