“Sabah” legionerini “Turan Tovuz”a göndərir

Hazırda oxunan: “Sabah” legionerini “Turan Tovuz”a göndərir

114744

“Sabah"ın müdafiəçisi Hiqor Qabriel mövsümün ikinci hissəsinə "Turan Tovuz"da başlaya bilər.

Bizim Media xəbər verir ki, futbolçu Antalyaya yollansa da, onun əsas heyətdə oynaması real görünmür.

Cari mövsümün ilk yarısını "Dinamo" (Minsk)də keçirmiş “sambaçı”nın yenidən icarəyə veriləcəyi gözlənilir. Artıq “Turan Tovuz” braziliyalını icarəyə götürmək üçün müraciət edib. Əgər danışıqlar müsbət yekunlaşsa, Hiqor Gabriel ikinci yarını Tovuz təsmsilçisinin heyətində keçirəcəcək.
Qeyd edək ki, “Sabah”ın artıq 3 futbolçusu - Şakir Seyidov, Veysəl Rzayev və Abbas Ağazadə “Turan”da icarə əsasında oynayır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin