Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, voleybol Mərkəzində təşkil edilən matçda “Azərreyl” və “Abşeron" klubları üz-üzə gəlib.
İlin ilk matçı “Azərreyl”in üstünlüyü ilə başa çatıb. Eldar Yusubovun komandası hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub - 3:0 (25:18, 25:18, 25:21).
Beləliklə, bu oyundan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” 6 xalla turnir cədvəlində 1-ci, “Murov” 3 xalla 2-ci yerdə qərarlaşıb. “Abşeron” və UNEC-in isə xalı yoxdur.
Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan "Murov" - UNEC qarşılaşması universitet təmsilçisinin əksər oyunçularının səhhətində problem yarandığı üçün təxirə salınıb. 13 yanvar Yüksək Liqa (qadınlar) II tur “Azərreyl” – “Abşeron” 3:0 (25:18, 25:18, 25:21).
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:38 / 13.01.2023
"Azərreyl"in növbəti qələbəsi - FOTO
Hazırda oxunan: "Azərreyl"in növbəti qələbəsi - FOTO
Hazırda oxunan: "Azərreyl"in növbəti qələbəsi - FOTO
114645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.