Türkiyədə təlim-məşq toplanışında olan klublarımızdan "Zirə" ilə “Neftçi” ilk yoxlama oyunlarını keçiriblər.
Bizim Media xəbər verir ki, Rəşad Sadıqovun rəhbəlik etdiyi kollektiv Rumıniyanın "Kindia" ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə" yanvarın 17-də isə "Seqed" və "Radniçki" ilə qarşılaşacaq.
Antalyada məskunlaşan digər klubumuz "Neftçi" də ilk hazırlıq matçını keçirib. Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv Macarıstanın "Vaşaş" klub ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində Kenni Sayef fərqlənib.
Qeyd edək ki, "Neftçi" yanvarın 15-də "Medz Leqniça” və “Baçka Topola”, 19-da isə “Srvena Zvezda” ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media