Bakı turnirində 10-dək ölkədən 1500-dən artıq karateçi iştirak edəcək

Hazırda oxunan: Bakı turnirində 10-dək ölkədən 1500-dən artıq karateçi iştirak edəcək

114149

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək.

Bizim.Media xəbər verir ki, turnir yanvarın 20-22-də Gənclər və İdman Nazirliyinin dəstəyi, “Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə baş tutacaq.

Turnirlə bağlı fikirlərini bölüşən “Arpaçay” klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov ölkəmizdə 7-ci dəfə təşkil olunacaq beynəlxalq turnirin Bakı İdman Sarayında keçiriləcəyini deyib:

“Ənənəvi turnirə hazırlıq işləri intensiv olaraq davam edir. Üç gün davam edəcək turnirin təntənəli açılış mərasimi yanvarın 21-də olacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”.

Klubun rəhbəri bildirib ki, turnirdə 10-dək ölkədən, habelə paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1500-dən artıq idmançının iştirakı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin