Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn “Turan Tovuz” 3 gündür Antalyadadır.
Bizim.Media xəbər verir ki, hazırlığı davam etdirən komandanın məşqlərindən maraqlı görüntülər paylaşılıb.
Kadrlardan da göründüyü kimi kollektivdə əla ab-hava hiss olunur, futbolçular məşqlərə böyük həvəslə yanaşırlar. Artıq bir yoxlama oyunu keçirən Qərb təmsilçisi 13 yanvar tarixində İsveçrə “Aarau”su ilə qarşılaşacaq.
Antalyada toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq. Tovuzlular 1 gün sonra, yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.
İndi isə Qərb futbolçularının təlim-məşq toplantısını əks etdirən maraqlı görüntüləri diqqətinizə təqdim edirik:
Rəşad Rafiqoğlu, Bizim.Media