Braziliyanın "Koritiba" klubu Kadi Borgesin "Qarabağ"dan "Krasnodar"a transferindən pul qazanacaq.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, FİFA-nın həmrəylik mexanizminə əsasən, 12 yaşdan 23 yaşadək futbolçunun yetişdirilməsinə cavabdeh olan klub futbolçunun bir sonrakı transferindən ümumi məbləğin 5 faizinə qədərini almalıdır.
Braziliyalı futbolçunun keçidi üçün “Qarabağ”a 4 milyon 800 min avro ödəniləcək. Bu məbləğin 5 faizi - təqribən 240 min avro "Koritiba"ya çatacaq.
Qeyd edək ki, K.Borges "Krasnodar"la 2026-cı ilin iyununa kimi müqavilə imzalayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:37 / 10.01.2023
Bu klub da Kadinin "Krasnodar"a transferindən pul qazanacaq
Hazırda oxunan: Bu klub da Kadinin "Krasnodar"a transferindən pul qazanacaq
Hazırda oxunan: Bu klub da Kadinin "Krasnodar"a transferindən pul qazanacaq
113900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.