Bu gün kikboks idman növü respublikada idman hərəkatına çevrilib.
Bu sözləri AKF yığma komandasının üzvü, Dünya Çempionu Zaur Yusifov bildirib.
Zaur Yusifov qeyri-olimpiya idman növləri içərisində öz populyarlığı ilə seçildiyini və hər bir kikboksçunu Azərbaycanı qürurla dünya idman arenasında təmsil etdiyini qeyd edib.
“Bu il kikboksçularımız üçün də düşərli oldu. İdmançılarımız yarışlarda Azərbaycanı uğurla təmsil edərək,qızıl medullar qazandırlar”x9d.
Z.Yusifov ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən idmana yaradılan şəraitin gənclərimiz arasında idmana kütləvi maraq yaratdığını diqqətə çəkdi:
“Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev bu siyasətin fəal dəstəkçisi kimi federasiyada idmançılarımızın inkişafı üçün hər çür şəraitlər yaradıb. Bu gün və gələcəkdə də yeni kikboksinq idman mərkəzlərinin açılması ölkə rəhbərliyinin idmana göstərdiyi siyasətin tərkib hissəsidir. Xüsusilə, minlərlə kikboksçu idman hərəkatında fəal iştirak edirlər”x9d,-deyə Z.Yusifov əlavə edib.

































































































