“Kəpəz”in qış istirahətindən sonra məşqlərini bərpa etdiyi barədə məlumat vermişdik. Komanda hazırlığın ilkin mərhələsini Gəncədə keçirir.
Bizim.Media xəbər verir ki, futbolçular gündə iki dəfə olmaqla hazırlıq keçirlər.
Toplanışda legionerlərdən Əhməd Ayzaya və Abdullahi Şuaybu iştirak edirlər. Digər əcnəbi futbolçular komandaya qarşıdakı günlərdə qoşulacaqlar.
“Kəpəz” Gəncədəki hazırlığın ardından Antalyaya yollanacaq. 12 günlük toplanış zamanı gəncəlilər 3 yoxlama oyunu keçirəcək. Rəqiblər Macarıstanın MTK Budapeşt, Serbiyanın “Novi Pazar” və Qazaxıstanın “Kaysar” klubları olacaq.
Komandanın Gəncədəki hazırlığı barədə videonu izləyə bilərsiniz:
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:31 / 06.01.2023
“Kəpəz”in Gəncə hazırlığı - VİDEO
Hazırda oxunan: “Kəpəz”in Gəncə hazırlığı - VİDEO
Hazırda oxunan: “Kəpəz”in Gəncə hazırlığı - VİDEO
113398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.