22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Avropa Boks Konfederasiyası İtaliyanın Assizi şəhərində açıqlayıb.
Səsvermənin nəticəsinə əsasən, Azərbaycan digər rəqibləri Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi hüququ qazanıb.
Bakıda keçiriləcək Avropa çempionatı oktyabr-noyabr ayına təsadüf edəcək. Qitənin ən güclülərinin bir araya gələcəyi və Azərbaycanın ilk dəfə qəbul edəcəyi yarışın dəqiq tarixi bu günlərdə dəqiqləşəcək.
Avropa Boks Konfederasiyası, həmçinin digər qitə çempionatlarının da ev sahiblərini açıqlayıb.
Yeniyetmələr arasında Avropa birinciliyi iyulda Rumıniyada, məktəblilər arasında yarış avqustda Sloveniyada olacaq.
Qeyd edək ki, Azərbaycan millisi U-22-lərin son Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:45 / 05.01.2023
Azərbaycanda boksun bu növü üzrə yarış keçiriləcək – İLK DƏFƏ
Hazırda oxunan: Azərbaycanda boksun bu növü üzrə yarış keçiriləcək – İLK DƏFƏ
Hazırda oxunan: Azərbaycanda boksun bu növü üzrə yarış keçiriləcək – İLK DƏFƏ
113155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.