Şahmat üzrə dünya çempionu Rusiya vətəndaşlığından İMTİNA ETDİ

Hazırda oxunan: Şahmat üzrə dünya çempionu Rusiya vətəndaşlığından İMTİNA ETDİ

112928

Rusiyalı şahmatçı, qrossmeyster Aleksandra Kostenyuk 2024-cü ilin yanvarından İsveçrənin bayrağı altında çıxış edəcək.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveçrə Şahmat Federasiyası (FSE) məlumat yayıb.

“Kostenyuk İsveçrənin qadınlardan ibarət yığmasının üzvü olacaq. Eyni zamanda o, zərurət yaranarsa, kişilərdən ibarət komandada da oynaya biləcək”, - məlumatda deyilir.

Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri Kostenyuk vətəndaşlığını dəyişən ilk rusiyalı yüksək səviyyəli idmançı (həm qadınlar, həm də kişilər arasında) sayılır.

Qeyd edək ki, 2022-ci ilin martında qadın şahmatçı Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən açıq məktub imzalayıb.
Kostenyukun 38 yaşı var, o, qadınlar arasında şahmat üzrə 12-ci dünya çempionudur (2008-ci ilin sentyabrından 2010-cu ilin dekabrına kimi).

Bundan başqa, Aleksandra Kostenyuk ikiqat Rusiya çempionu, Avropa çempionu, milli komandanın tərkibində Dünya Şahmat Olimpiadalarının üçqat qalibidir. Qadın şahmatçı kişilər arasında da qrossmeyster adının sahibidir. Bundan əlavə, o, iki dəfə İsveçrə çempionatının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin