Şahmatçımız İsveçrədə turnirin qalibi oldu - FOTO

Hazırda oxunan: Şahmatçımız İsveçrədə turnirin qalibi oldu - FOTO

112705

İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib.

Bizim.Media xəbər verir ki, ilin son şahmat yarışında Azərbaycanı Read Səmədov təmsil edib.

Turnirin son turunda Read Səmədov Almaniya şahmatçısı Morits Veyshauterlə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə rəqiblərini qabaqlayan Read Səmədov Bazel turnirinin qalibi olub.

Qeyd edək ki, ümumilikdə yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin