"Mançester Yunayted"in braziliyalı futbolçusu Antoni İngiltərə Premyer Liqasının 18-ci turunun "Vulverhempton"la hazırda davam edən oyununda meydana mərhum həmyerlisi Pelenin xatirəsinə yazılmış köynəklə daxil olub.
Bizim.Media xəbər verir ki, futbolçu dahi oyunçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən formasının altından geyindiyi “Rahat yat, Pele” yazılı köynəyini nümayiş etdirib.
Xatırladaq ki, Pele dekabrın 29-da, 82 yaşında vəfat edib. Ömrünün son aylarında Pele xərçənglə mübarizə aparırdı. O, kimyaterapiyadan keçsə də, bədən tədricən müalicəyəcavab verməyi dayandırmışdı.
Bizim.Media
- A-
- A
- A+
İdman
02:23 / 01.01.2023
Antoni oyuna "Rahat yat, Pele" yazılı köynəklə çıxdı - FOTO
Hazırda oxunan: Antoni oyuna "Rahat yat, Pele" yazılı köynəklə çıxdı - FOTO
Hazırda oxunan: Antoni oyuna "Rahat yat, Pele" yazılı köynəklə çıxdı - FOTO
112639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.