Kadiyə 5 milyon avro təklif etdilər - “Qarabağ”dan gedir? 

Hazırda oxunan: Kadiyə 5 milyon avro təklif etdilər - “Qarabağ”dan gedir? 

111650

Hazırda bəzi əcnəbi klublar “Qarabağ”ın futbolçuları Kadi Borges və Marko Veçoviçlə danışıqlar aparırlar.

Bizim.Media xəbər verir ki, bu haqda qol.az-a müsahibəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. 

“Düzdür, Veşoviçin müqaviləsi mayda başa çatır. Kadi ilə müqavilə olsa da, orada futbolçunun özünün klubun tərk edə biləcəyinə dair maddə də var. Kadi ilə çox ciddi danışıqlar aparan xarici klub var. Bunlar bizə problem yarada bilər. Futbolçularımıza gələn təkliflərlə bağlı xəbərlər əsasən doğrudur. Elə təklif ola bilər ki, biz qarşısını ala bilmərik. Bu gün bizimlə olan oyunçular sabah olmaya bilərlər” - deyə Q.Qurbanov bildirib.
Rusiya mətbuatı yazır ki, Kadini Kubanın “Krasnodar” klubu transfer etmək istəyir. Komanda braziliyalı oyunçu üçün “Qarabağ”a 5 milyon avro təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin