Leo Messi, De Paul, Otamendi, Paredes və Di Maria Buenos-Ayres küçələrində çempion yürüşü zamanı az qala avtobusun damından yıxılacaqdı. Argentina millisinin ulduzları o qədər rahat olublar ki, qalın kabelin fərqinə varmayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Argentina mətbuatı yayıb.
Mənbə yazır ki, futbolçular kabeli görən zaman çevik reaksiya veriblər, lakin Paredes papaqsız qalıb.
Bu arada Argentina prezidenti Alberto Fernandez dekabrın 20-ni istirahət günü elan edib.
Onun fikrincə, insanlar dünya çempionatında qələbə qazandıqdan sonra milli komandanı rahat qarşılamalıdırlar.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:40 / 20.12.2022
Messi ölümdən döndü - ANBAAN VİDEO
Hazırda oxunan: Messi ölümdən döndü - ANBAAN VİDEO
Hazırda oxunan: Messi ölümdən döndü - ANBAAN VİDEO
110592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.