Üç boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəldi

Hazırda oxunan: Üç boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəldi

110428

Boks üzrə Azərbaycanın yığması Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turnirə start verib. Yarışın ikinci günündə mübarizəyə qoşulan milli üzvlərimizdən üçü yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya bildiriblər ki, komandamızın heyətində 51 kiloqram çəki dərəcəsində rinqə çıxan Nicat Hüseynov dörddəbir finalda qırğızıstanlı Bael Urustanbayla üz-üzə gəlib.

Avropa çempionumuz inamlı çıxışı sayəsində yarımfinalda iştirak hüququ qazanıb. Artıq özü üçün ən azı bürünc medalı təmin edən Hüseynov finala gedən yolda kubalı Reyes Romero ilə döyüşəcək.

Onunla yanaşı, 71 kiloqram çəki dərəcəsində də iki boksçumuz mərhələ adlayıb. Dünya çempionatının mükafatçısı Sərxan Əliyev dörddəbir finalda qazaxıstanlı Toperbergen Jertpisbayı məğlub edib.

Rəşid Həsənov isə digər ev sahibi Alipaşa Nasirovdan güclü olub. Nəticədə, hər iki boksçu yarımfinala vəsiqə əldə etməklə özü üçün ən azı bürünc medalı təmin edib. Təmsilçilərimiz növbəti görüşdə bir-birinə rəqib olacaqlar.

Onlardan fərqli olaraq dörddəbir finalda Ruslan Qədirov (54 kq) Jandaulet Sarsenbayevə (Qazaxıstan), Əzrək Bəbirov (57 kq) isə Rüstəm Şaumenova məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, yarışa Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək boksçu qatılıb. Turnir dekabrın 21-də başa çatacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin