“Neftçi”nin baş məşqçisi hakimləri təhqir etdi - Ağır cəza aldı

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi hakimləri təhqir etdi - Ağır cəza aldı

109793

“Neftçi”nin ikinci komandasının baş məşqçisi Rəşad Abdullayev cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

O, I divizionun XIV turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda baş verənlərə görə cəza alıb.

O, oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. Abdullayev 5 matçlıq cəzalanıb və klub 400 manat cərimə edilib.

Bakılıların futbolçusu Ülvü Mədətov da 58-ci dəqiqədə təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq diskvalifikasiya olunub və paytaxt təmsilçisini 320 manat ziyana salıb.

Mədətovun komanda yoldaşları Bahadur Quliyev 90+6-cı, Hüseyn Babayev oyundan sonra söz və hərəkətlə etiraz etdiyinə görə aldığı qırmızı vərəqə üzündə 1 turluq cəza və 20 manat cəriməyə məruz qalıb.
Meydan sahiblərinin qapıçısı Vüsal Şabanovun oyundan sonra təhqiredici hərəkət, söz və jestlər etməsi də cəzasız qalmayıb. 3 oyunluq cəzalanan qolkiper klubunu 160 manat xərcə salıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin