Futbol üzrə dünya çempionatının başa çatmasına sayılı günlər qalıb. Artıq finalçılar, eyni zamanda 3-cü yer uğrunda oyunun iştirakçıları da bəllidir.
Mundiallın hər oyunundan sonra isə yeni rekordlar qeydə alınır, futbolçularla bağlı statistik rəqəmlər dəyişir. Elə Fransa-Mərakeş görüşündən sonra birincilərin finala çıxması bir sıra məqamlarla əlamətdar olub.
Belə ki, “xoruzlar ölkəsi” son 7 yarışda 4-cü dəfə həlledici oyuna vəsiqə qazanıb. Bu isə istənilən ölkə yığmasının göstəricisindən 2 dəfə çoxdur. Didye Deşamın rəhbərlik etdiyi kollektiv daha əvvəl 1998, 2006 və 2018-ci il mundiallarının finalında oynamaq imkanı əldə edib.
Fransızlar bunların ikisində (1998, 2018) dünya çempionu olmağı bacarıb. Bundan başqa Fransa millisi dünya çempionatlarnda ardıcıl 2 dəfə finala çıxan 6-cı yığmadır. Didye Deşamın rəhbərlik etdiyi kollektiv DÇ-2018-də də həlledici görüşə vəsiqə qazanıb.
Daha əvvəl isə İtaliya (1934, 1938), Braziliya (1958, 1968; 1994, 1998, 2002), Niderland (1974, 1978), Almaniya (1982, 1986, 1990) və Argentina seçmələri ardıcıl 2 dəfə bu uğura imza atıblar.
Fransa millisinin qapıçısı Uqo Lyoris da tarixə düşüb. O, Almaniya yığmasından həmkarı Manuel Noyerin dünya çempionatlarındakı rekordunu təkrarlayıb. 36 yaşlı qolkiper bunu Qətərdəki mundialda Mərakeşə qarşı keçirdikləri yarımfinal matçında meydana çıxmaqla bacarıb. Bu, təcrübəli çərçivə qoruyucusunun 19-cu matçı olub.
Loris bununla dünya çempionatlarında ən çox oyun keçirmiş qapıçıların siyahısında almaniyalı Zepp Mayer və braziliyalı Klaudio Taffareli (hər ikisi 18) geridə qoyub.
Fransızların baş məşqçisi Didye Deşam da rekordları sıralayır. Belə ki, təcrübəli mütəxəssis mundiallarda ardıcıl iki dəfə finala çıxan 4-cü baş məşqçi olub. Daha əvvəl bu uğura İtaliyalı Vittoriyo Pitso (1934-1938), argentinalı Karlos Bilardo (1986-1990) və Almaniya futbolunun canlı əfsanəsi Karlos Bekkebauer (1986-1990) nail olub.
Mundialın 3-cü yeri üçün keçiriləcək matçla bağlı maraqlı məqam ondan ibarətdir ki, ilk dəfə bürünc mükafatı qazanmaq üçün Afrika və Avropa təmsilçiləri üz-üzə gələcək. Söhbət Mərakeş və Xorvatiya futbolçularıəndan gedir.
Təssüflər olsun ki, Qətərdəki yarışda növbəti bədbəxt hadisə də baş verib. "Lusail" stadionunun mühafizəçisi faciəvi hadisə nəticəsində ölüb. Adı Həməd adlı keniyalı işçi dekabrın 9-da hələlik istintaqa məlum olmayan şəraitdə yıxılaraq ciddi xəsarət alıb.
24 yaşlı mühafizəçi həkimlərin ilkin müdaxiləsindən sonra dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, 4 gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib. Xatirladaq ki, bu mundialda matçları işıqlandıran 2 jurnalist də dünyasını dəyişib.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:30 / 15.12.2022
QƏTƏR-2022 mundialının pozitiv və neqativ REKORDLARI
Hazırda oxunan: QƏTƏR-2022 mundialının pozitiv və neqativ REKORDLARI
Hazırda oxunan: QƏTƏR-2022 mundialının pozitiv və neqativ REKORDLARI
109710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.