“Addımlarımız səmərəli və qətiyyətli olmalıdır” – Nazir 

Hazırda oxunan: “Addımlarımız səmərəli və qətiyyətli olmalıdır” – Nazir 

109404

"Avropa Gimnastikasının prezidenti kimi mənə göstərilən etimada görə hamınıza minnətdarlığımı bildirirəm. Dörd illik planı nəzərdən keçirdik və qarşıda duran məqsədlər hamımıza aydındır". 

Bizim.Media-nın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilməsi və gələcək planları barədə qurumun rəsmi saytındakı yazısında qeyd edib. 

O bildirib ki, qarşıda qısa olimpiya dövrü var və bundan maksimum yararlanmaq lazımdır:

"Addımlarımız səmərəli və qətiyyətli olmalıdır. Birlik və harmoniya şəraitində çalışsaq, buna nail ola bilərik. Əminəm ki, yeni komanda ilə gimnastların mənafeyi naminə bu idman növünün şəraitini və mühitini daha da yaxşılaşdıra biləcəyik". 
Qeyd edək ki, Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin