Azərbaycan badmintonçuları Maltanın Kospikua şəhərində keçirilən “Future” seriyalı “Malta International 2022” turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, millinin lideri, kişi badmintonçuların şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti Edi Reski Dviçayo müvafiq kateqoriyada qızıl medala layiq görülüb.
Mübarizəyə 1/16 finaldan başlayan badmintonçumuza finala gedən yolda Sloveniya, İtaliya, Litva və Hindistanı təmsil edən rəqiblərinə qalib gəlmək üçün 2 set kifayət edib. Edinin bolqarıstanlı Dimitar Yanakievlə həlledici görüşü 3 set davam edib.
Badmintonçumuz ilk setdə 21:19 hesablı üstünlük əldə etsə də, rəqib ikinci hissədə 21:17 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Son setdə 21:14 hesabı ilə qalib gələn Edi Reski Dviçayo “Malta International 2022” turnirini qalib kimi başa vurub.
Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi Niderland, Portuqaliya və Almaniyanı təmsil edən idmançılara qalib gələrək finala yüksəlib. Edi-Ezmi qoşasının həlledici görüşdə də rəqibləri alman badmintonçuları olub.
Hər iki setdə rəqiblərindən geri qalan kişi badmintonçularımız (20:22,15:22) qoşa yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb.
Qadınların qoşa yarışında isə qazancımız bürünc medal olub. Era Maftuha-Fatimə Zəhrə yarımfinala kimi Niderland və Macarıstan badmintonçularını məğlub etsə də, finala yüksəlmək uğrunda keçirilən görüşdə alman həmkarlarına 0:2 (8:21, 11:21) hesabı ilə uduzaraq, turniri 3-cü sırada başa vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:06 / 13.12.2022
Badmintonçularımız Maltadan 3 medalla qayıtdı - FOTO
Hazırda oxunan: Badmintonçularımız Maltadan 3 medalla qayıtdı - FOTO
Hazırda oxunan: Badmintonçularımız Maltadan 3 medalla qayıtdı - FOTO
109348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.