Futbol agenti Ronaldonun göz yaşları haqda: “Təəssüf edir ki, Messi irəli gedib”

Hazırda oxunan: Futbol agenti Ronaldonun göz yaşları haqda: “Təəssüf edir ki, Messi irəli gedib”

109008

Futbol agenti Paulo Barbosa Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun Qətərdə keçirilən dünya çempionatını tərk etməsindən sonra axıtdığı göz yaşları ilə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sport-Ekspress" nəşri yayıb.

“Kriştianonun göz yaşı haqda? Ronaldo daha bir şəxsi rekorda imza atmayacağını başa düşdü. Eyni zamanda, Messi daha da irəli gedib, daha yaxşı oynayır, qərar verir, qol vurur.

Bu, Ronaldoya pis təsir edir. Çünki onlar daha Dünya Kubokunda yarışmayacaqlar. Yeri gəlmişkən, Leo bu turnirdən sonra milli komandanı tərk edəcəyini demişdi”. Nəşr onun dediklərindən sitat gətirib.
Portuqaliya millisi mərakeşlilərə 0:1 hesabı ilə uduzub. Ronaldo meydana yalnız 51-ci dəqiqədə çıxıb.

Bu dünya çempionatı 37 yaşlı Ronaldo üçün karyerasında beşincisi olub. Final fitindən sonra o, göz yaşlarını saxlaya bilməyib.

Televiziya verilişi zamanı portuqaliyalı hücumçunun tribunaların altındakı otaqda necə ağladığı göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin