Evi qarət edilən ingiltərəli futbolçu ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Evi qarət edilən ingiltərəli futbolçu ilə bağlı YENİ XƏBƏR

108547

İngiltərə millisinin hücumçusu Rahim Sterlinq cümə günü komandaya qayıda bilər.

Bizim.Media xəbər verir ki, futbolçu hələ milliyə qayıdıb-qayıtmayacağına qərar verməyib. Hazırda o, cümə günü mümkün qayıdış barədə düşünür, lakin hələlik heç bir qərar verilməyib.

Xatırladaq ki, bundan əvvəl Sterlinqin Qətərdə millidə olarkən Londondakı evinin qarət edildiyi məlum olmuşdu. Ailəsinin rifahını təmin etmək üçün Rahim Böyük Britaniyaya qayıtmaq qərarına gəlib.

Dekabrın 6-sı yerli media xəbər verib ki, polis quldurluqda şübhəli bilinən iki cinayətkarı saxlayıb. Lakin dekabrın 7-də həbsin Sterlinqin ev oğurluğu ilə bağlı təhqiqatı ilə bağlı olmadığı bildirilib.
Qeyd edək ki, İngiltərə millisi dekabrın 10-da dördəbir finalda Fransa komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin