Dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada taekvondo və parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsi start götürəcək.
Bizim.Media Taekvondo Federasiyasına istinadən xəbər verir ki, bu seriyada ilin yekun yarışında Azərbaycan millisi də təmsil olunacaq.
173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayev ili qələbə ilə başa vurmaq üçün Ər-Riyada yollanacaq. 68 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq.
O, yarışda baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında qüvvəsini sınayacaq.
Parataekvondo üzrə komandamız isə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Ər-Riyada yollanacaq.
Dekabrın 8-nə təsadüf edəcək Qran-prinin final mərhələsində ili uğurlu keçirən Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) gücünü yoxlayacaq.
Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Qran-prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:57 / 06.12.2022
Taekvandoçularımız beynəlxalq yarışın FİNALINDA
Hazırda oxunan: Taekvandoçularımız beynəlxalq yarışın FİNALINDA
Hazırda oxunan: Taekvandoçularımız beynəlxalq yarışın FİNALINDA
108127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.