FİFA Qrizmannın DÇ-2022-dəki qolu ilə bağlı şikayətə baxdı

Hazırda oxunan: FİFA Qrizmannın DÇ-2022-dəki qolu ilə bağlı şikayətə baxdı

108054

FİFA Fransa Futbol Federasiyasının (FFF) millinin hücumçusu Antuan Qrizmannın DÇ-2022-nin qrup mərhələsinin sonuncu turunda Tunislə matçda (0:1) vurduğu qolu ilə bağlı müraciətini rədd edib.  

Bizim.Media xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. 

FFF oyun qaydalarındakı VAR-ın final fitindən sonra qolu ləğv edə bilməyəcəyini bildirən bənd əsasında hakimin qərarından apellyasiya şikayəti verib. Buna baxmayaraq, FİFA-nın qərarına əsasən, görüşün nəticəsi dəyişdirilməyəcək. 

Qeyd edək ki, 90+8-ci dəqiqədə Fransa yığmasının hücumçusu Antuan Qrizmann qol vuraraq hesabı bərabərləşdirib. Bununla belə, görüşün baş hakimi Metyu Konqer final fitindən sonra VAR-a müraciət edib və ofsayta görə qol ləğv edilib.  
Xatırladaq ki, məğlubiyyətə baxmayaraq, Fransa D qrupunda lider kimi 1/8 finala yüksəlib və burada Polşaya 3:1 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin