"Qarabağ" komandası İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəyi Avropa Liqasının I qrupunun ilk tur matçına futbolçu itkiləri ilə çıxacaq.
Bizim.Media Report.az-a istinadən məlumat verir ki, bunu Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov deyib. Belə ki, müdafiəçi Abbas Hüseynovla hücumçu Mahir Emreli meydana çıxmayacaq.
"Qəbələ" ilə Azərbaycan Premyer Liqasının VI tur matçından sonra əzələsində problemlər yaranan Hüseynovun hətta "18-liy"ə düşməsi sual altındadır. Emreliyə gəldikdə, baş məşqçi 23 yaşlı forvardın hələ topla məşqlərə başlamadığını söyləyib: "Mahir ilk məşqinə dünən çıxdı. Bəlkə bu gün komanda ilə yüngül məşq edəcək.”
Qeyd edək ki, "Makkabi" - "Qarabağ" matçı oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media