İngiltərə - Seneqal matçından əvvəl Sterlinqin evi qarət edilib.
Bizim.Media xəbər verir ki, Seneqala qarşı oyundan əvvəl Rahim Sterlinq İngiltərənin heyətindən yoxa çıxıb.
İngiltərə komandasının sosial şəbəkələrində futbolçunun ailə vəziyyətinə görə meydana çıxmayacağı barədə məlumat yayılıb. Bir az sonra narahatedici detallar məlum olub.
Aydınlaşıb ki, Sterlinqin Kobhemdəki Çelsi bazası yaxınlığında yerləşən evi şənbə günü qarət edilib. Evening Standard-ın jurnalisti Nizaar Kinsella öz mənbələrinə istinadən xəbər verir ki, silahlı cinayətkarlar içəri girən zaman futbolçunun ailəsi evdə olub.
Bundan xəbər tutan Sterlinq şoka düşüb. Oğurluqdan xəbər tutan kimi ailəsinin vəziyətini yoxlamaq üçün evə getmək istəyib. Nəticədə futbolçu tələsik milli komandanın yerləşdiyi məkanı tərk edərək İngiltərəyə uçub.
Silahlı cinayətkarlar evdən 300 min funt-sterlinq dəyərində saat oğurlayıblar.
Əhəmiyyətli bir detal: Sterlinqin evinin qarət edilməsi ilə bağlı polisin verdiyi açıqlamada oğruların cinayət zamanı oyunçunun ailəsinə qarşı zorakılıq hərəkətləri etmədiyi bildirilir.
İngiltərə futbolçuları da bu hadisədən şoka düşüblər. Onların bir çoxu evlərində təhlükəsizlik tədbirlərini artırıb. Komandanın bəzi üzvləri Sterlinqi açıq şəkildə dəstəkləyiblər.
Sterlinq mümkün qədər Qətərə tez qayıtmaq istəyir. Rahimin Fransa ilə 1/4 finala qədər qayıdacağı ilə bağlı məlumat yoxdur.
Zakir Abbas, Bizim.Media
- A-
- A
- A+
İdman
17:48 / 05.12.2022
İngiltərəli futbolçunun evi qarət edildi – Qətərdən vətəninə qayıtdı
Hazırda oxunan: İngiltərəli futbolçunun evi qarət edildi – Qətərdən vətəninə qayıtdı
Hazırda oxunan: İngiltərəli futbolçunun evi qarət edildi – Qətərdən vətəninə qayıtdı
107993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.