Belçika millisinin baş məşqçisi İSTEFA VERDİ 

Hazırda oxunan: Belçika millisinin baş məşqçisi İSTEFA VERDİ 

107395

Belçika millisinin baş məşqçisi Roberto Martinez vəzifəsindən istefa verib. 

Bizim.Media xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis özü açıqlayıb.  

Martinezin komandası DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda bu gün Xorvatiya ilə heç-heçə edib - 0:0.  

Nəticədə Belçika 1/8 finala adlaya bilməyib. Martinez isə görüşdən sonra açıqlamasında vəzifəsindən istefa verdiyini bildirib:

“Bu, komanda ilə son oyunum idi. Emosional andır, mən davam edə bilmərəm. Futbolçular və heyətlə sağollaşdım. Dünya çempionu olsaydıq da, gedəcəkdim. Bu qərarı DÇ-2022-dən əvvəl vermişəm". 

Qeyd edək ki, Roberto Martinez 2016-cı ilin yayından Belçika millisini çalışdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin