"Milan"ın çalışdırıcısı Stefano Pioli Luici Simoni adına mükafata layiq görülüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Football İtalia məlumat yayıb.
Məşqçiyə mükafat İtaliyada ədalətli oyun və futbolun müsbət dəyərlərini təmsil etməyə görə verilir. Bu mükafat 2020-ci ilin mayında dünyasını dəyişən “İnter”, “Napoli” və “Torino” komandalarının keçmiş baş məşqçisi Luici Simoninin adını daşıyır. Onun ilk sahibi Kladio Ranieri olub.
Budəfəki səs vermədə isə "Milan"ın baş məşqçisi Stefano Pioli qalib gəlib.
Qeyd edək ki, Pioli 2021/22 mövsümündə "Milan" ilə A seriyasını qazanıb. Bu, 57 yaşlı mütəxəssisin məşqçilik karyerasında ilk kubok olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:43 / 01.12.2022
“Milan”ın çalışdırıcısı mükafata layiq görülüb
Hazırda oxunan: “Milan”ın çalışdırıcısı mükafata layiq görülüb
Hazırda oxunan: “Milan”ın çalışdırıcısı mükafata layiq görülüb
107357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.