Avropa Voleybol Konfederasiyası da Şuşanın tarixi Azərbaycan torpağı olduğunu elan etdi

Hazırda oxunan: Avropa Voleybol Konfederasiyası da Şuşanın tarixi Azərbaycan torpağı olduğunu elan etdi

107287

CEV-in rəsmi sayti “XARI BÜLBÜL ŞUŞA” voleybol klubundan yazıb.

Bizim.Media xəbər verir ki, bu mövsüm Azərbaycan çempionatında debüt edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” klubu beynəlxalq federasiyanın diqqətindədir.

Avropa Voleybol Konfederasıyası mədəniyyət paytaxtımız Şuşanı təmsil edən klub haqqında rəsmi səhifəsində geniş məqalə yerləşdirib.

Məqalədə “Odlar yurdu” Azərbaycanın voleybol idmanındakı yüksək naliyyətlərindən, vaxtilə “Rabitə” və “Azərreyl”nin qitə turnirlərində qazandığı fəxri mükafatlarından, eləcə də milli komandalarımızın Bakı-2015 Birinci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarından söhbət açılır.
Bildirilir ki, “Xarı bülbül Şuşa” klununun yaradılmasında əsas məqsəd Azərbaycanda voleybolun inkişafına tövhə verməklə yanaşı, tarixi torpağımız olan Şuşanı dünya tanıtdırmaq, bu adın beynəlxalq arenada daha geniş yayılmasına nail olmaqdır.

Klubun hədəflərindən söz açılan məqalədə “Xarı bülbül Şuşa”nın beynəlxalq səviyyəli klub olması istiqamətində işlərin görüldüyü qeyd olunub.

Yazıda klubun təsisçisi, beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi İlqar İmamquliyevə istinadən bildirilir ki, komandanın ev oyunlarının Şuşada keçirilməsi ən böyük hədəflərdəndir.
Məqalədə Azərbaycanda ilk qadın klub prezidenti olan “Xarı bülbül Şuşa” klubunun prezidenti Fatimə Hacıyevanın ixtisasca həkim olduğu qeyd olunub. Sağlamlıq və idmanın vəhdət təşkil edildiyini deyən tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva sayt üçün intevüsündə Azərbaycanda idmana, o cümlədən voleybola böyük maraq olduğunu bildirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin