Rusiyanın məşhur radio və teleaparıcısı Otar Kuşanaşvili “Sovetski spor”x9d bloqunda yeni “Matç TV”x9d telekanalını tənqid edib.
O, Rusiyanın gənclərdən ibarət futbol üzrə yığmasının Azərbaycana (0:3) məğlubiyyətinə də toxunub.
“Mən “Sport FM”x9ddə səhər efirini aparıram və bəzən dinləyicilərin zəngləri məni heyrətə gətirir. “Şarapova - afərin ona - zəng edən deyir. Amma bu nə özünəvurğunluqdur, o yenə oynaya bilməzdi?”x9d. Və mən belə zənglərə sevinirəm, çünki onlar bizim azarkeşi xarakterizə edir və tennisə bir idman növünə olan marağı göstərir. Əgər tezlik almısınızsa hətta tennisdə kimin kim olduğunu izah etmək, matçın gedişatı barədə məlumat vermək lazımdır”x9d-, Oxu.Az Kuşanaşvilinin sözlərindən sitat gətirir.
“Matç TV”x9d-də baş verənlər məni əyləndirir, mən məhz bundan danışacağım xüsusi rubrika yaratmağı planlayıram.
Fasilə edək, hal-hazırda efirdə olan qız agent Roman Oreşuka sual verdi: “Gənclərlə işləmək çətindir? Onlar özlərini hansı mövqedən təqdim edirlər?”x9d.
Bir daha: onlar özlərini hansı mövqedən təqdim e-dir-lər? Bakılı oğlanlara uduzan gənclər, özünüzü hansı mövqedən təqdim edirsiniz? Qonaqları çağırmaq azdır deməkdən bezdim. Onlarla danışmaq lazımdır, və qonağın insanlara maraqlı olması lazımdır. Mənim hər gün gördüklərimə qonaq maraqlı deyil.
Kanal, auditoriyanı tərifləməyə və əzizləməyə başlamazdan əvvəl bu auditoriyanı ələ almalıdır. Barbarizmdən yorulmuşam. “Kontent”x9d sözü bezdirib. Siz insanlarla işləyirsiniz, kontentlə yox.
Bizimkilər hamıdan yaxşıdır və uduza bilməzlər ”“ buna dair eşitdiyim intonasiya xoşuma gəlmir. Axı aydınlaşdırmaq, sual vermək və vurğu qoymaq lazımdır. Səmimiliyi tutmaq lazımdır, yaratmaq yox.
Baxın, Maşa Şarapova qalib gəldi və ona dəstək olan qızlar üçün oynadığını elan etdi. O, tam qüvvəsini ortaya qoyduğunu etiraf etdi, axı öz vətəni üçün oynayırdı. Emosiyaları verin, o əladır, mövsümün sonunda ona ağırdı, o, hal-hazırda yekun turniri keçirdi.
Federasiya Kubokunun final matçı triller idi, biz 2:1 irəlidə idik, onu ölkəyə hissə-hissə, yenidən baxışlar ilə göstərdilər. Belə olmaz. Mən sosial şəbəkələrdə insanların qəzəbini gördüm, azarkeşə hansı pullu kanalda buna sona qədər baxmağın mümkün olduğunu izah etmək lazım idi. Tennislə maraqlanmayanlar isə bunu çeynəməli idilər.
Nə baş verir? Matçı kəsirlər, avtomobil yarışlarını göstərirlər, daha sonra Maradona haqqında kino, daha sonra üçüncü hissənin sonundan finalı kəsirlər. Mən Natalya Bilanın “Matç TV”x9d ilə həmkarım Dziçkovskiyə verdiyi müsahibəsini oxudum, onun xətrinə dəyməkdən çox qorxuram ”“ birdən məni də çağırmaq istəyər? Amma onun futbol üzrə daxili çempionatların matçında əlavə vaxtların olmadığını bilməməsi və Federasiya Kubokunun matçlarının necə göstərildiyi eyni şeydir.
Yalnız televiziyadan deyil, eyni zamanda predmetdən də anlayışın olmalıdır. Məsləhət verim: əgər siz həftə boyu tennisi həftənin əsas hadisəsi kimi təqdim edirsinizsə, yayım ideal olmalıdır. Yalnız yayım planında deyil, yəni matçı sonda yarımçıq qoymaq olmaz, eləcə də qonaqlar da qüsursuz olmalıdır.
Mən hamını interneti olduğunu hesab edənləri xəbərdar etmək istəyirəm. Rusiyada gəzin, 10-15 min rubl maaşı olan insanları dinləyin və internet barədə danışın. İnsanlar baş verən hadisələr barədə televizordan öyrənmək istəyirlər. Tennisin necə yayımlandığını gördükdən sonra isə bizə bəh-bəhlə təqdim edilən amerikalı məndə məyusluq yaradır. O bəlkə də Amerika futbolundan yaxşı anlayır, amma tennisdə uğursuzdur.
Az qala qonaqlar yadımdan çıxacaqdı. Matçın gedişatında tennis üzrə ekspert kimi “Blestyashie”x9d qrupunun sabiq solisti, Marat Safinin keçmiş sevgilisi, Osipova çıxış edirdi, o bizim komandanın məşqçisi Mıskina ilə dostluq edir. Orada müğənni olmalı deyil, orada Mıskinanı “Nəyə görə heç bir aidiyyatınız olmayan Şarapovadan başqa heç kim qalib gəlmir? Nəyə görə siz müğənni ilə çənə döyməyi, Mıskinaya sual verməkdən üstün tutursuz?”x9d kimi narahat edəcək sualları verə biləcək mütəxəssis olmalı idi.
Bu kanalın rəhbərlərindən bir xahişim var. Siz başa düşürsünüz də əgər əvvəlki vaxt olsaydı, tennisi belə göstərdiyinizə görə nələr ola bilərdi? Gələn dəfə nəsə fikirləşib, heç nəyi dəyişmək lazım deyil. Xahiş edirəm, sadəcə matçı başdan sona qədər göstərin. Studiyada Utkinanı və ya Androvanı oturdun və onlardan bacardıqlarını etməyi istəyin. Şərh etməyin. Müğənni xanımlar və bəylər isə qoy oxusunlar və mümkünsə mikrofonu işə salaraq oxusunlar”x9d.





























































































